RU

Azərbaycan gücünü bütün dünyaya nümayiş etdirdi - Kamaləddin Qafarov

Bakı. Trend:

“2003-cü il oktyabrın15-də Azərbaycan xalqının etimad göstərərəkÖlkə Prezidenti seçdiyi cənab İlham Əliyev həm seçkilər ərəfəsində,həm andiçmə mərasimində doğma xalqına söz vermişdi ki, gün gələcəkAzərbaycanın bayrağı işğal altında olan torpaqların hər birguşəsində dalğalanacaq. Möhtərəm dövlət başçımız ölkəmizin ərazibütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcəyinə söz vermişdivə bu vədinə də əməl etdi. Üç il bundan əvvəl Qarabağın tacı olanŞuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmənkapitulyasiya aktını imzalamalı oldu. Beləliklə, İkinci Qarabağmüharibəsi Azərbaycan dövlətinin tam və qəti Qələbəsi ilənəticələndi”.

Bu sözləri Trend-ə verdiyi açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

O, bildirib ki, bu il noyabrın 8-də Xankəndi şəhərində Vətənmüharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunanhərbi paradın keçirilməsi Azərbaycanın gücünü bütün dünyaya nümayişetdirdi. “Bu hərbi parad Azərbaycan Prezidentinin 2020-ci ilinnoyabr ayının 10-da hərbi əməliyyatların dayandırılması barədəverdiyi qərarın da son dərəcə düzgün bir addım olduğunu təsdiqedir. Həmin vaxt Silahlı Qüvvələrimizin hissələri Xankəndinin biraddımlığında olsalar da, müharibənin davam etdirilməsi Azərbaycanınminlərlə şəhid verməsinə səbəb olacaqdı. Hərbi əməliyyatlardayandırıldıqdan sonra Ağdam, Kəlbəcər və Laçın rayonları bir gülləatılmadan Azərbaycana qaytarıldı. Bu şərt Ermənistanın imzaladığıkapitulyasiya aktında birbaşa cənab Prezident İlham Əliyevin tələbiilə təsbit olunmuşdu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlhamƏliyev çox yaxşı bilirdi ki, gün gələcək Xankəndidə, Xocalıda,Ağdərədə və bütün digər ərazilərdə də Azərbaycan Bayrağıqaldırılacaqdır. Tarix dövlət başçımızın nə qədər haqlı olduğunubir daha göstərdi.”

K.Qafarov Xankəndi şəhərində keçirilən hərbi paradda çıxış edənPrezident İlham Əliyevin ordu quruculuğu prosesininsürətləndirilməsilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətinivurğulayaraq deyib: “Cənab Ali Baş Komandan öz çıxışındaAzərbaycanın öz hərbi qüdrətini durmadan artırdığını diqqətəçatdırdı və bunu nə üçün etdiyinə dair detallı açıqlamalar verdi.Ölkəmizə ordu quruculuğu prosesinin sürətləndirilməsini zəruri edənbaşlıca məqam Ermənistanda revanşist qüvvələrin baş qaldırmalarıilə bağlıdır. Azərbaycan dövləti Ermənistanın arxasında dayananqüvvələrin onları ölkəmizə qarşı yenidən hərəkətə təhrik edəcəyinibilirdi. Buna görə də tarixi Qələbəmizdən dərhal sonra AzərbaycanınSilahlı Qüvvələri Qarabağ bölgəsində bütün vacib olan məntəqələrəyerləşdirildi. Uzun illər ərzində işğal altında qalmışAzərbaycan-Ermənistan sərhədi nəzarətə götürüldü. Keçirilmiş birneçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistansərhədində vəziyyət tam Azərbaycanın nəzarətindədir. Son üç ilərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərruxəməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlarErmənistana göndərilmiş bir mesaj idi ki, Qarabağ Azərbaycantorpağıdır və onlar dərhal silahlı qüvvələrini bizimtorpaqlarımızdan çıxarmalıdırlar. Əgər o vaxt ermənilər cənabPrezident İlham Əliyevin xəbərdarlıqlarını diqqətə alsaydılar,sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac olmazdı.Lakin rəsmi İrəvan yenə də öz xalqının deyil, xarici havadarlarınınmaraqlarına uyğun addımlar atdı və bunun da acı nəticəsini tez birzamanda görmüş oldu.”

K.Qafarov 2023-cü il sentyabrın 20-də keçirilmiş antiterrorəməliyyatının əhəmiyyətindən bəhs edərək deyib: “Ermənistan 44 günərzində Azərbaycan ordusunun qəhrəmanlığını və peşəkarlığınımüşahidə etsə də, bundan lazım olan nəticələri çıxarmadı.Buna görədə Azərbaycan bu ilin sentyabr ayında növbəti dəfə öz gücünügöstərməli oldu. Sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatıcəmi bir gün davam etdi. Azərbaycan Ordusu bu dəfə də peşəkarlıq vəfədakarlıq göstərərək qısa müddət ərzində düşməni təslim olmağaməcbur etdi. Separatçıların 30 il bundan əvvəl bizim torpağımızdayaratdıqları qondarma rejimə xitam verildi. Beləliklə, Azərbaycantarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin dediyi kimi, 8noyabr kimi, 20 sentyabr 2023-cü il də bizim tariximizdə daimqalacaqdır”.

Избранный
318
13
az.trend.az

10Источники