RU

Renat Dadaşovun komandası "Qalatasaray"ı məğlub edib - VİDEO

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” klubunun heyətində növbəti oyununa çıxıb.

Volkan Demirelin baş məşqçisi olduğu kollektiv Super Liqanın XII turunda “Qalatasaray”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 14-cü dəqiqədə Riqoberto Rivas və 55-ci dəqiqədə Didye Lamkel vurub. İstanbul təmsilçisində 28-ci dəqiqədə Vilfred Zaha fərqlənib.

Görüşə start heyətdə başlayan Dadaşov 88-ci dəqiqədə əvəzlənib.

“Hatayspor” 17 xalla 9-cudur, lider “Qalatasaray”ın 31 xalı var.

Избранный
609
39
oxu.az

10Источники