RU

HƏMAS-ın 150-dən çox tuneli məhv edildi

İsrail ordusunun təmsilçisi, polkovnik-leytenant Conatan Konrikus bildirib ki, ölkənin müdafiə qüvvələri Fələstinin HƏMAS hərəkatının hərbi qanadının istifadə etdiyi 150-dən çox tuneli partladıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

O, qeyd edib ki, HƏMAS silahlıları hücumlardan gizlənmək üçün tunellərdən istifadə edirlər. Konrikusun sözlərinə görə, ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun yerləşdirilməsi üçün işləri davam etdirir.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

Избранный
673
24
globalinfo.az

10Источники