
Bakı, 13 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələcək “Ludaqorets” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Ludoqorets”: Hendrik Bonmann, Oliviyer Verdon, Dinis Almeyda, Son, Anton Nedyalkov , Laros Duarte, Jakub Petrovski, Pedro Naressi, Riçk, Ruan Seko, Kvadvo Dua.
Baş məşqçi: George Derminçiyev
“Qarabağ”: Fabiyan Buntiç, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Olavio Juninyo, Elvin Cəfərquliyev, Marko Veşoviç, Kevin Medina
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, qarşılaşma saat 22:00-da start götürəcək. Ağdam təmsilçisi ilk görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub.