İsrail Finlandiyaya 317 milyon avroluq raketdən müdafiə sistemləri verir, bununla bağlı artıq müqavilə imzalanıb.
"Aznews.az" xarici KİV-ə istinadən xəbər verir ki, tarixi razılıq İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki qərargahında baş tutub.
İmzalanmada Finlandiya tərəfən bu ölkənin İsraildəki səfiri Nina Nordström iştirak edib.
Qeyd edək ki, "David’s Sling" raketdən müdafiə sistemini İsraildə may ayında uğurla sınaqdan keçirilib.