RU

"Qarabağ" - "Dinamo" oyununun başlama saatı dəqiqləşdi

"Qarabağ"ın Bakıda Xorvatiyanın "Dinamo" komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun başlama saatı dəqiqləşib.Bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də start götürəcək.Xorvatiyadakı ilk görüş isə avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Qeyd edək ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırıb. Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan "köhlən atlar" səfərdəki matçın əsas vaxtında 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda rəqibinə dörd qol vuran "Qarabağ" 7:2 hesablı qələbəyə sevinib.

Избранный
126
26
patriot.az

10Источники