RU

Konfrans Liqası: “Zirə” və “Sabah” bu gün cavab matçına çıxacaqlar

Konfrans

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Sabah” və “Zirə” bu gün III təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar.

AZƏRTAC xəbər verir ki, “Sabah” “Əlincə” stadionunda İrlandiyanın “Sent Patriks” komandasını qəbul edəcək. Görüş saat 20:00-da start götürəcək.

“Zirə” isə “Dalğa Arena”da Xorvatiya klubu “Osiyek”lə üz-üzə gələcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ilk matçlarda “Sabah” səfərdə 0:1 hesabı ilə məğlub olub, “Zirə” 1:1 hesablı heç-heçə edib.

15 avqust

“Sabah” - “Sent Patriks”

Əlincə stadionu. Saat 20:00

Baş hakim: Marcel Birsan

Baş hakimin köməkçiləri: Radu Ginqulyak, Adrian Vornicu

Dördüncü hakim: Andrei Antonie

VAR hakimləri: Radu Petrescu, Rares Vidican

(Hakimlər briqadası Rumıniyadandır)

“Zirə” – “Osiyek”

Dalğa Arena. Saat 20:30

Baş hakim: Julian Veinberger

Baş hakimin köməkçiləri: Maksimilian Kolbitsch, Andreas Vitschnigg

Dördüncü hakim: Stefan Ebner

VAR hakimləri: Valter Altmann, Andreas Heiss

(Hakimlər briqadası Avstriyadandır)

Избранный
292
3
azertag.az

10Источники