RU

Təmsilçilərimizin Konfrans Liqasında cavab oyunları

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Sabah” və “Zirə” bu gün III təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar.
“Sabah” “Əlincə” stadionunda İrlandiyanın “Sent Patriks” komandasını, “Zirə” isə “Dalğa Arena”da Xorvatiya klubu “Osiyek”i qəbul edəcək. “Sabah” - “Sent Patriks” oyunu İctimai TV, “Zirə” – “Osiyek” görüşü isə CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, ilk matçlarda “Sabah” səfərdə 0:1 hesabı ilə məğlub olub, “Zirə” 1:1 hesablı heç-heçə edib.
 
15 avqust
 
“Sabah” - “Sent Patriks”
Əlincə stadionu. Saat 20:00
Baş hakim: Marcel Birsan
Baş hakimin köməkçiləri: Radu Ghinguleac, Adrian Vornicu
Dördüncü hakim: Andrei Antonie
VAR hakimləri: Radu Petrescu, Rares Vidican
(Hakimlər briqadası Rumıniyadandır)
 
“Zirə” – “Osiyek”
Dalğa Arena. Saat 20:30
Baş hakim: Julian Weinberger
Baş hakimin köməkçiləri: Maximilian Kolbitsch, Andreas Witschnigg
Dördüncü hakim: Stefan Ebner
VAR hakimləri: Walter Altmann, Andreas Heiss
(Hakimlər briqadası Avstriyadandır)
Избранный
340
3
affa.az

10Источники