RU

Ölkəyə narkotik vasitə gətirən şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 4 kiloqram marixuana dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Fərid Mamedovdan 4 kiloqramdan artıq marixuana aşkarlanıb. F.Mamedovun narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satmaq üçün ölkəyə keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Избранный
10
16
ikisahil.az

10Источники