Bakı. Trend:
Özümüzlə qürur duymalıyıq.
İdman.biz xəbər verir ki, bunu “Zirə”nin futbolçusuTiaqo Silva Konfrans Liqasının lll təsnifat mərhələsində “Osiyek”i(Xorvatiya) penaltilər seriyasında məğlub etdikləri matçdan sonrajurnalistlərə müsahibəsində deyib.
Matçın qəhrəmanı olan 24 yaşlı portuqaliyalı qapıçı güclüçempionatı təmsil edən və futbol ölkəsindən gələn bir komandayaqalib gəldikləri üçün xoşbəxt olduqlarını bildirib: “Onlar hərhəftə Xorvatiyanın böyük klublarına qarşı mübarizə aparırlar. Ammaümumilikdə nəticədən məmnunuq, xoşbəxtik. Növbəti mərhələdə“Omoniya” ilə oyuna köklənməliyik”.
- Penaltilər seriyasından öncə baş məşqçi Rəşad Sadıqov sizinlədanışarkən nə dedi?
- Bildirdi ki, Avropa Liqasında “Şerif”lə keçirdiyimizpenaltilər seriyasında məndən o qədər də məmnun qalmayıb. Başməşqçimiz bizim doğrularımızı və səhvlərimizi bilir. Bunu pozitivqəbul edirəm. Bəlkə də, bunun nəticəsidir ki, penaltilərseriyasında uğurlu oldum.
- Qarşılaşmadakı performansınızla “Şerif”lə matçdakıgünahlarınızı yumuş olduz?
- Bu oyunda “Şerif”lə matçdakından fərqli, penaltilərseriyasından faydalana bildik. Bu hal moldovalılarla dueldə başverməmişdi. Amma ümumilikdə hər bir oyun təcrübədir. Səhvlərimizdəndərs çıxardıq.
- Penaltilər seriyasında komanda yoldaşlarınız qol vurabilməyəndə hansı hissləri keçirirdiz?
- Rəqibin də qapıçısı 3 penaltini dəf etdi. Hər dəfə mən dətopu qaytarırdım. Bu hal təkrarlananda artıq təzyiq artırdı. Ammabu təzyiqə güc gəlib, uğura imza ata bildim. Futbol kollektivoyundur. Məşqçi heyəti və futbolçular olaraq rəqibin necəpenaltilər yerinə yetirməsinə diqqət etmişdik. İlk 3 penaltinianalizlərə əsas hara vuracaqlarını bilirdim. Amma son ikisi özhissiyyatımla bağlıdır. Buna görə də məşqçilərimə təşəkkür edirəmki, mənə analizlərimdə çox kömək oldular.
- Pley-offda “Omoniya” ilə qarşılaşacaqsız. Rəqibin oyununuisləmisiz?
- Heç kimdən çəkinmirik. Rəqibin kimliyindən asılı olmayaraq,sonadək mübarizə aparacağıq. İnanırıq ki, bunun nəticəsində dəistəyimizə nail olacağıq.