RU

Devid Kemeron Britaniyanın yeni xarici işlər naziri olacaq

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron yeni xarici işlər naziri olacaq.

Bizim.Media xəbər verir ki, ötən ilin sentyabrından Britaniya Xarici İşlər Nazirliyinə rəhbərlik edən Ceyms Kleverli daxili işlər naziri postuna keçib.

Xatırladaq ki, bu gün baş nazir Rişi Sunakın sərəncamı ilə daxili işlər naziri Suella Braverman tutduğu vəzifədən azad edilib.

Bizim.Media

Избранный
742
36
bizim.media

10Источники