RU

“Turan Tovuz”un 25-ci qələbəsi

2025/2025 mövsümünə uğurlu başlamış “Turan Tovuz” futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) yubiley qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Kurban Berdıyevin yetirmələri 3-cü turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.

Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.

Qərblilər cari mövsümün ilk üç turunda qol buraxmayıblar. Bu, son 4 mövsümdə ilk belə seriyadır. Çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. “Keşlə” adlanan klub üçün 2020/2021 mövsümünün startı uğurlu alınıb.

Избранный
25
22
arena.az

10Источники