RU

AFFA-nın vitse-prezidenti Konfrans Liqasına təyinat alıb

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, bunu milli assosiasiyanın mətbuat xidməti açıqlayıb.
 
O, Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "ÇFR Kluj" (Rumıniya) – "Pafos" (Kipr) oyununun UEFA nümayəndəsi olacaq. Matç avqustun 22-də Kluj-Napoka şəhərində yerləşən "ÇFR Kluj" stadionunda təşkil olunacaq.
 
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Избранный
165
16
sport24.az

10Источники