AZ

Trampın çıxış etdiyi səhnə güllə keçirməyən şüşə ilə əhatələnib

Bakı. Trend:

ABŞ prezidentliyinə namizəd Donald Tramp snayper hücumundansonra ilk dəfə açıq havada ictimaiyyət qarşısına çıxıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolinaştatında Aşerboro aviasiya muzeyinin həyətində qurulmuş tribunagüllə keçirməyən şüşə ilə əhatələnib.

Ətrafdakı binaların üzərinə isə snayperlər və xüsusi xidmətorqanlarının əməkdaşları yerləşdirilib.

İyulun 13-də olan hücumdan sonra ABŞ kəşfiyyatı Trampa açıqhavada tədbirləri dayandırmağı tövsiyə etsə də, prezidentliyənamizəd bu təklifi qəbul etməyib.

Seçilən
134
14
az.trend.az

10Mənbələr