AZ

Trampın çıxış etdiyi səhnə güllə keçirməyən şüşə ilə əhatələnib

ABŞ prezidentliyinə namizəd Donald Tramp snayper hücumundan sonra ilk dəfə açıq havada ictimaiyyət qarşısına çıxıb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, Şimali Karolina ştatında Aşerboro aviasiya muzeyinin həyətində qurulmuş tribuna güllə keçirməyən şüşə ilə əhatələnib. Ətrafdakı binaların üzərinə isə snayperlər və xüsusi xidmət orqanlarının əməkdaşları yerləşdirilib.

İyulun 13-də olan hücumdan sonra ABŞ kəşfiyyatı Trampa açıq havada tədbirləri dayandırmağı tövsiyə etsə də, prezidentliyə namizəd bu təklifi qəbul etməyib.

Seçilən
84
14
korrespondent.az

10Mənbələr