AZ

“Turan Tovuz”dan ayrılan futbolçu Braziliya klubuna keçdi

Bu yay “Turan Tovuz”un yollarını ayırdığı Bruno Qonçalveş ölkəsinə qayıdıb.



Komanda.az xəbər verir ki, braziliyalı futbolçu B seriyasında mübarizə aparan və ölkənin tanınmış klublarından olan “Quarani” ilə anlaşıb.



Yüksək liqaya çıxmağa iddialı olan klubun Bruno ilə müqaviləsi 2025-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq.



27 yaşlı müdafiəçi “Vila Nova”, “Aroka”, “Leykşoeş” komandalarında oynadıqdan sonra ötən yay “Turan Tovuz”a keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərTuran Tovuz Futbol Klubu

Seçilən
97
7
komanda.az

9Mənbələr