AZ

Tovuz klubunun göndərdiyi futbolçu Braziliyada...

"Turan Tovuz"un bu yay müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdiyi braziliyalı futbolçu ölkəsində özünə klub tapıb. Sport24.az xəbər verir ki, Bruno Qonçalveş B seriyasında mübarizə aparan və ölkənin tanınmış klublarından olan "Quarani" ilə ilyarımlıq razılaşma əldə edib. 
 
Yüksək liqaya çıxmağa iddialı olan "Quarani" Bruno ilə müqavilə 2025-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq. 27 yaşlı müdafiəçi "Vila Nova", "Aroka", "Leykşoeş" komandalarında oynadıqdan sonra ötən yay "Turan Tovuz"a keçmişdi. Onun klubla müqaviləsi mövsüm əvvəli qarşılıqlı razılıq əsasında pozulmuşdu 
 
 
 

Seçilən
143
7
sport24.az

9Mənbələr