AZ

Ərdoğan bu 45 ölkənin liderləri ilə danışacaq: Soruşacaq ki...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında Yaxın Şərqdə atəşkəs qətnaməsi ilə bağlı səsvermədə bitərəf qalan 45 ölkənin liderləri ilə tezliklə telefon danışığı aparacaq.

Publika.az xəbər verir ki, “Yeni Şafak” qəzetinin yazdığına görə, Ərdoğan həmçinin vaxtilə Rusiya ilə münaqişədə Ukraynanın tərəfini tutan, lakin Qəzzadakı böhranın həlli məsələsində bitərəf qalan ölkələrdən olan həmkarları ilə də danışmaq niyyətindədir.

Noyabrın 11-də Səudiyyə Ərəbistanında keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısından qayıdarkən Ərdoğan jurnalistlərə bildirib ki, İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün xarici həmkarları ilə telefon danışıqlarını aktivləşdirmək niyyətindədir. Türkiyə lideri qeyd edib ki, BMT-də Qəzza qətnaməsi 121 ölkənin nümayəndəsi tərəfindən dəstəklənib və bu, İsrail və onu dəstəkləyən ölkələrin azlıqda qaldığını nümayiş etdirir.

Qəzet yazır ki, telefon diplomatiyası çərçivəsində Ərdoğan diqqəti Afrika ölkələrinə yönəltmək niyyətindədir. Bundan əlavə, o, Albaniya, Avstraliya, Bolqarıstan, Finlandiya, Estoniya və Ukrayna liderləri ilə danışmağı da planlaşdırır. “Türkiyə taxıl dəhlizi yaratmaq təşəbbüsü ilə bir çox ölkəni ərzaq böhranından xilas etdi və Rusiya ilə müharibədə Ukraynanı dəstəkləyən dövlətlərdən Fələstinə səssiz qalmamağı xahiş edəcək”, - deyə məqalə müəllifi yazır.

Seçilən
448
50
publika.az

10Mənbələr