AZ

Ərdoğan Mirziyoyevlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı sammiti çərçivəsində Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi bildirib.

Məlumata əsasən, danışıqlar zamanı İsrail-Fələstin münaqişəsi müzakirə olunub.

Türkiyə Prezidenti Qəzza zolağında problemin həlli üçün qlobal səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Tərəflər, həmçinin Fələstin əhalisinə humanitar yardım və Özbəkistan və Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən sənayenin müxtəlif sahələrində layihələri müzakirə ediblər.


Müəllif: Teleqraf.com
Seçilən
529
50
teleqraf.com

10Mənbələr