AZ

Azərbaycanın stolüstü tennisçiləri Fransada keçirilən turnirə qatılıblar

Azərbaycanın

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçiləri Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirinə qatılıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Onur Quluzadə və Yağmur Məmmədli 2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qüvvələrini sınayırlar.

Turnirdə qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir.

Bu gün start götürən yarışa avqustun 25-də yekun vurulacaq.

Seçilən
84
2
azertag.az

10Mənbələr