AZ

Stolüstü tennisçilərimiz beynəlxalq yarışda iştirak edirlər

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli daha bir mötəbər yarışda iştirak edirlər.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, idmançılarımız baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirində mübarizə aparırlar.

2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir. Bu gün startı verilən beynəlxalq turnirə avqustun 25-də yekun vurulacaq.

Seçilən
69
10
bakivaxti.az

10Mənbələr