Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. “Kəpəz” Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Səbail”ə 0:4 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Belə oyunlardan sonra danışmaq ağırdır. Daha yaxşı komanda görmək istəyirik. Amma komanda istədiklərimizi meydanda həyata keçirə bilmir. Vaxt lazımdır. O vaxtı qazana bilsək... Rəhbərliklə danışmışıq. İstəyirlər ki, komandamıza yeni oyunçular cəlb edək. Bu yöndə işlərimiz davam edir. - Yaydakı fasilədə digər komandalar çempionata hazırlaşırdı. “Kəpəz” nə edib? - Sıfırdan yığılan komandaya ayyarım bəs etmir. Vaxt lazımdır. Hətta nəzərə alsaq ki, komandadakı oyunçuların hamısı gəncdir. Daha uzun müddət lazımdır. Komanda hazırlaşıb. Bu kollektiv gələcəkdə gücünü göstərəcək. - 360 dəqiqəyə qol yoxdur. Bu nə ilə əlaqədardır? - Etdiyimiz səhvlərdən sonra qollar buraxırıq. Komanda az səhv etməlidir ki, qol buraxmasın. Bunları görürük. - Toparlanmaq üçün zamana ehtiyacınız var dediz. Vaxt dolana qədər qalacaqsız “Kəpəz”də, yoxsa bezib gedəcəksiz? - Ən asan şey qaçmaqdır. Heç kimin qarşısından qaçan deyilik. Komandamızı da düzəldəcəyik. Bu komanda ilə liqada oynayacağıq. Qaçmaq qorxaqlıqdır. Top buraxırıq, amma çalışırıq ki, müdafiədə oturmayaq, hücum edək. - Transferlər üçün klubun pulu var? - Məcburuq. Rəhbərlik özü də vəziyyəti görür. Bu vəziyyətdən çıxış yolu axtarırlar. Bir şeylər fikirləşib, tapacaqlarına inanıram. - Yayda Azərbaycanın iki klubu sizinlə maraqlanırdı. Getmədiyiniz üçün peşmansız? - Qətiyyən. “Kəpəz” tarixi klubdur. “Kəpəz” tarixdə çox uğurlar qazanıb. Bu mənə bəs edir. - Transferlər etməli olduğunuzu dediz. Rəhbərlik yayda yatmışdı? - Çalışırdıq. Boşluqları görmək üçün bu şeyləri yaşamalı idik.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta