AZ

Çimərlik futbolu: Millimiz Belarusa ilk oyunda uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama q görüşünü keçirib.

Arena.az xəbər verir ki, millimiz Belarus yığması ilə qarşılaşıb.

Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 4:2 hesablı qələbə qazanıb. Komandamızın heyətində qolları Ramil Əliyev və İsa Zeynallı vurublar.

Komandalar bu gün daha bir yoxlama görüşündə üz-üzə gələcəklər. Eyni məkanda təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, avqustun 1-dən yeni baş məşqçisi Sahib Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına başlayan Azərbaycan millisi avqustun 31-nə qədər Bakıda hazırlıq keçəcək.

Seçilən
63
10
arena.az

10Mənbələr