AZ

Millimiz Belarusa uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təşkil edilən təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib.

Apasport.az xəbər verir ki, millimiz Belarus yığması ilə qarşılaşıb. Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 4:2 hesablı qələbə qazanıb. Komandamızın heyətində qolları Ramil Əliyev və İsa Zeynallı vurublar.

Komandalar bu gün ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər. Eyni məkanda təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, avqustun 1-dən yeni baş məşqçisi Sahib Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının hazırlığı ayın 31-dək davam edəcək.

"İlk dəqiqələrdə vuracağımız qol "Dinamo"nu təşvişə salacaq"

Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion bəlli olub

“Sumqayıt” – “Araz Naxçıvan” matçının biletləri satışda

"Neftçi"nin istədiyi forvard klubundan ayrıldı

"Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq

Seçilən
49
10
apasport.az

10Mənbələr