Ötən oyunu böyük hesabla qalib bitirməyimizə baxmayaraq, cavab matçına da yaxşı hazırlaşmışıq.BUTA.TV xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında bildirib. "Rəqibin gücü bizə bəllidir. Daha çox müdafiədə diqqətli çıxış etməyə çalışacağıq", - S.Yakiroviç vurğulayıb. Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü sabah saat 20:45-də baş tutacaq.