"Daha çox müdafiədə diqqətli çıxış etməyə çalışacağıq".
Publika.az xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"ın güclü rəqib olduğunu bildirib: "Ötən oyunu böyük hesabla qalib bitirməyimizə baxmayaraq, cavab matçına da yaxşı hazırlaşmışıq. Rəqibin gücü bizə bəllidir. Daha çox müdafiədə diqqətli çıxış etməyə çalışacağıq".