AZ

Ukrayna ilk F-16 qırıcısını itirdi

Ukrayna ordusu xaricdən aldığı F-16 qırıcı təyyarələrindən birini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Avqustun 26-da Rusiya Federasiyasının hücumunun dəf edilməsinə Ukrayna Silahlı Qüvvələrinin F-16 qırıcıları cəlb olunub. Hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib. Sonradan məlum oldu ki, təyyarə qəzaya uğrayıb, pilot ölüb”.

Daşqın HəsənovMissiya.Az

Seçilən
167
50
missiya.az

10Mənbələr