AZ

Ukrayna F-16 qırıcısının qəzaya uğradığını təsdiqləyib

Ukrayna Baş Qərargahı avqustun 26-da Ukraynada ABŞ istehsalı olan F-16 qırıcısının qəzaya uğradığını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, Baş Qərargahın "Telegram" hesabından verilən yazılı açıqlamada 26 avqustda Rusiyanın Ukraynaya intensiv hava hücumları zamanı Ukraynaya məxsus F-16 təyyarələrinin missiya uçuşları həyata keçirdiyi bildirilib.

Açıqlamada F-16-nın hədəfə yaxınlaşdığı zaman əlaqənin kəsildiyi qeyd edilib:

"Növbəti hədəfə yaxınlaşarkən təyyarələrdən biri ilə əlaqə kəsilib. Sonradan məlum olduğu kimi, təyyarə qəzaya uğrayıb və pilot həlak olub".

Əli Hüseynov

Seçilən
164
50
bakivaxti.az

10Mənbələr