AZ

Durovun həbsi buna görə Rusiyanı çalxalayıb: “Telegram”da görün hansı məlumatlar saxlanılır

Rusiya hakimiyyəti “Telegram”-ın qurucusu Pavel Durovun həbsinə “qeyri-adi qəzəblə” reaksiya verdi, çünki Moskva üçün bu messencer sadəcə bir proqram deyil. Rusiya hərbçiləri və casusları cəbhədə rabitə, eləcə də artilleriya rəhbərliyi, hərəkətlərin koordinasiyası və kəşfiyyat məlumatlarının toplanması üçün ondan asılıdır.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Rusiya parlamentinin müşaviri və hərbi sənayenin keçmiş yüksək rütbəli rəhbəri Aleksey Roqozin bildirib: “Bir çox insanlar zarafat edir ki, Pavel Durovun həbsi əslində Rusiya silahlı qüvvələrinin əsas siqnalçısının həbsidir”.

Nəşr qeyd edib ki, Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlaması ilə Rusiya və Ukrayna hərbçiləri kommersiya platformalarından istifadə etməyə başlayıblar. Ukrayna müdafiəçiləri “Signal” və ya “Discord” kimi Qərb provayderlərindən istifadə etdikləri halda, ruslar “Telegram”-ı seçiblər, çünki o, Moskva ilə yaxşı münasibətləri olan Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Rus əsgərlərinin fikrincə, bu proqram Qərbin kəşfiyyat siqnallarına qarşı daha “immunitetlidir”.

Roqozin “Telegram”-da yazıb: “Bu nə qədər çılğın səslənsə də, kəşfiyyat məlumatlarının ötürülməsi, artilleriya rəhbərliyi, dron kanallarının yayımı və bir çox başqa şeylər indi çox vaxt “Telegram” vasitəsilə həyata keçirilir”.

WSJ vurğulayıb ki, ruslar “Telegram”-a ya mobil şəbəkələr, ya da əvvəlcə yalnız Ukrayna qoşunları tərəfindən istifadə edilən “Starlink” peyk terminalları vasitəsilə daxil ola bilirlər, lakin indi onu Ukraynanın işğal olunmuş ərazilərindəki Rusiya bölmələrində də görmək mümkündür.

Bundan əlavə, ruslara pilotsuz uçuş aparatları, gecəgörmə nişangahları, nəqliyyat vasitələri və digər yardımları təmin edən rus könüllüləri demək olar ki, yalnız “Telegram”-dan istifadə edirlər. Nəşr yazır ki, proqram həm də Rusiya Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edən rus təbliğatçıları üçün “gəlirli platformaya” çevrilib.

“Durovun saxlanması özlüyündə Rusiyada belə rezonansa səbəb olmazdı, o, faktiki olaraq bu müharibənin əsas xəbərçisi, gizli hərbi şəbəkəyə alternativdir”, - Rusiya dövlət televiziyasının müxbiri və Moskva Şəhər Şurasının sədr müavini Andrey Medvedev qeyd edib.

Seçilən
217
50
publika.az

10Mənbələr