AZ

Telegram-ın yaradıcısı Rusiyanı təşvişə salıb: “Hərbi sirlər oğurlana bilər”

Amerikanın Wall Street Jorunal qəzetinin yazdığına görə, Telegram-ın qurucusu və baş direktoru Pavel Durovun Fransada saxlanması Rusiyanı təşvişə salıb.

News24.az xəbər verir ki, Rusiya hökumətinin ordu sirlərinin açılmasından narahat olduğu bildirilir.

Rusiya ordusu Telegram tətbiqi vasitəsilə əsgərləri, artilleriya və casusları idarə edərək Ukrayna müharibəsini koordinasiya edir.

Baş ofisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olan Telegram-a BƏƏ və Rusiya arasında sıx əlaqələr olduğu üçün Rusiya ordusu üstünlük verir.

Qeyd edək ki, 39 yaşlı sahibkar Pavel Durovun Rusiya, Fransa, BƏƏ və Karib hövzəsində Sankt-Peterburqda ofisləri var. Onun Sent Kitts və Nevis vətəndaşlığı var.

Rusiya Parlamentinin müşaviri Aleksey Roqozin Telegram-ın Rusiya ordusu üçün əhəmiyyətinə toxunaraq, “Nə qədər ağlasığmaz olsa da, kəşfiyyat məlumatlarının mübadiləsi, artilleriya hədəfinin müəyyən edilməsi, pilotsuz uçuş aparatları ilə yayımlar və bir çox başqa şeylər Telegram vasitəsilə həyata keçirilir" dedi.

Telegram-ın şifrəli mesajlaşma sisteminin ukraynalıların rabitəni izləməsinə mane olduğu vurğulansa da, Rusiya ordusunun ələ keçirdiyi Ukrayna ərazisində Starlink peykləri vasitəsilə də proqramdan istifadə etdiyi bildirilir.


Günel Məlikzadə

Seçilən
154
8
news24.az

8Mənbələr