Bakı. Trend:
Almaniyanın qərbində yerləşən Zigen şəhərində (ŞimaliReyn-Vestfaliya) qadının avtobusda bıçaqla hücumu nəticəsində ənazı beş nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat verib.
Qeyd olunur ki, hadisə saat 19:40 (Bakı vaxtı ilə 21:40)radələrində baş verib. Üç nəfərin vəziyyəti ağırdır. Polisinməlumatına görə, avtobus Zigen şəhərində keçirilən şəhərfestivalına gedirmiş. Cinayət zamanı avtobusda ən azı 40 sərnişinolub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktıolduğunu hesab etmirlər. Qadın saxlanılıb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlbolunub.
Faktla bağlı araşdırma aparılır.