Qərbi Almaniyada festivala gedən avtobusa bıçaqlı hücum nəticəsində 6 nəfərin yaralanmasından sonra 32 yaşlı qadın həbs edilib.
"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətlilər hücumda heç bir siyasi və ya dini motivin olmadığını açıqlayıb.
Polis hücuma məruz qalanlardan üçünün həyati təhlükəsi olan xəsarətlər aldığını bildirib.
Bıçaqlı hücum Köln şəhərinin şərqindəki Siegen şəhərində baş verib.
Hücumun baş verdiyi avtobus şəhərə festivala gedirmiş. Qeyd edək ki, avtobusda ən azı 40 nəfər olub.
Polis və prokurorlar yaralanan 6 nəfərin 16-30 yaş arasında və hamısının yerli sakinlər olduğunu bildiriblər.
Bıçaqlanma Solingen şəhərində bir hücumçunun 3 nəfərin ölümü və 8 nəfərin yaralanması ilə nəticələnən bıçaqlı hücumdan bir həftə sonra baş verib.