19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, Lüksemburqda təşkil olunmuş turnirdə Bosniya və Herseqovina yığması ilə qarşılaşan millimiz heç-heçə edib – 0:0. U-19 seçmə mərhələdə növbəti oyununu noyabrın 18-də Niderlandın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta