19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Lüksemburqda təşkil olunmuş turnirdə Bosniya və Herseqovina yığması ilə qarşılaşan millimiz heç-heçə edib – 0:0.
U-19 seçmə mərhələdə növbəti oyununu noyabrın 18-də Niderlandın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.