AZ

Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var

Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində Kamran Həşimzadə ölüb, xəsarət alanlar - Əlihüseyn Həşimzadə, Mədinə Həşimzadə, Azər Əliyev və Dilbər Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Seçilən
35
10
publika.az

8Mənbələr