AZ

Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var

Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

OXU24.COM xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində Kamran Həşimzadə ölüb, xəsarət alanlar - Əlihüseyn Həşimzadə, Mədinə Həşimzadə, Azər Əliyev və Dilbər Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
10
oxu24.com

8Mənbələr