AZ

"Qarabağ" 52-ci pillədə qərarlaşıb

Sentyabr ayı üçün klubların reytinq siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, İFFHS tərəfindən hazırlanan cədvəldə "Qarabağ" 182,75 xalla 52-ci sırada qərarlaşıb.
 
Qurban Qurbanovun komandası bu göstərici ilə "Qalatasaray", "Mançester Yunayted" və "Napoli" kimi klubları geridə qoyub.
 
Ölkəmizin digər klubu "Zirə" 91,25 xalla 211-cidir. "Sabah" (59 xal) 428-ci, "Neftçi" (53,5 xalla) 482-cidir.
 
Qeyd edək ki, siyahıya 403 xalla Madrid "Real"ı başçılıq edir. "Mançester Siti" (368 xalla) ikinci, "Bayer" (353 xal) isə üçüncüdür.

Seçilən
9
5
sport24.az

5Mənbələr