Bakı. Trend:
Sentyabr ayı üçün klubların reytinq siyahısı açıqlanıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, İFFHS tərəfindən hazırlanan cədvəldəAzərbaycan çempionu “Qarabağ” 182,75 xalla 52-ci sıradaqərarlaşıb.
Qurban Qurbanovun komandası bu göstərici ilə “Qalatasaray”,“Mançester Yunayted” və “Napoli” kimi klubları geridə qoyub.
Ölkəmizin digər klubu “Zirə” 91,25 xalla 211-cidir. “Sabah” (59xal) 428-ci, “Neftçi” (53,5 xalla) 482-cidir.
Qeyd edək ki, siyahıya 403 xalla Madrid “Real”ı başçılıq edir.“Mançester Siti” (368 xalla) ikinci, “Bayer” (353 xal) isəüçüncüdür.