Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi "Qızıl qələm və digər media mükafatları dayandırılıb.
Modern.az xəbər verir ki, bu, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə olub.
“Son zamanlar mətbuatda və sosial şəbəkələrdə Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi "Qızıl qələm və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin, MŞ-nın tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildiririk”,- deyə məlumatda qeyd edilir.