AZ

Kurban Berdıyev: "Planlaşdırdığmız çox şeyi edə bilmədik"

Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. "Turan Tovuz" Misli Premyer Liqasının 7-ci turunda doğma meydanda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aprırdı. Biz bundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma bildirdim. - Komanda bu məğlubiyyətdən hansı nəticələri çıxarmalıdır? - Komada 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır. - Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı? - Mənim üçün nəsə demək çətindir. Hakim belə qərar verdi. - Aleks Souza zədələnib. Hücumda sıxıntı hiss edirsiz? - Sözsüz ki, Aleksin yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudur. Amma futbol zədəsiz qaçılmazdır. Bu oyun ən çox narazı qaldığmız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. "Araz-Naxçıvan" bizi bir çox komponentdə bizi üstələdi.    

Seçilən
51
9
matc.az

10Mənbələr