Azərbaycan Premyer Liqasının VII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Rəqib qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aprırdı. Biz bundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında da bu barədə futbolçularıma bildirdim.
– Bu məğlubiyyətdən hansı nəticələri çıxaracaqsınız?
– Komada 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır.
– Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı?
– Mənim üçün nəsə demək çətindir. Hakim belə qərar verdi.
– Aleks Souza zədələnib. Hücumda narahatlıq hiss edirsiniz?
– Sözsüz ki, Aleksin yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudur. Amma futbol zədəsiz qaçılmazdır. Bu oyun ən çox narazı qaldığmız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. “Araz-Naxçıvan” bizi bir çox komponentdə üstələdi.
Şahin Cəfərov