AZ

UEFA-dan “Zirə”yə xəbərdarlıq

UEFA “Zirə” klubuna xəbərdarlıq edib.

Futbolinfo.az xəbər verir ki, buna Bakıda Xorvatiya təmsilçisi “Osiyek”ə qarşı keçirilən Konftrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında yaşananlar səbəb olub.

“Qartallar” “komandanın düzgün olmayan davranışı”na görə xəbərdarlıq alıb.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) “Zirə” penaltilər seriyasında (2:1) mərhələ adlayan tərəf olub. Bakı təmsilçisi növbəti raundda iki oyunun nəticəsinə əsasən Kiprin “Omoniya” komandasına uduzub – 0:6, 1:0.

Seçilən
38
17
futbolinfo.az

10Mənbələr