AZ

UEFA-dan "Zirə"nin rəqibinə xəbərdarlıq

UEFA "Osiyek" klubuna xəbərdarlıq edib. Sport24.az xəbər verir ki, buna səbəb Bakıda Xorvatiya təmsilçisinin "Zirə"yə qarşı Konftrans Liqasının III təsnifat mərhələsinin cavab matçında baş verənlər olub.
 
Qonaqlara "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq edilib.
 
Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb, penalti seriyasında isə "Qartallar" mərhələni adlayıb.

Seçilən
49
1
sport24.az

10Mənbələr