AZ

Ölümdən dönən futbolçu Qətər klubuna keçir

PSJ sabiq qapıçısı Serxio Riko karyerasını Qətərdə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, 31 yaşlı ispaniyalının azad agent qismində "Əl-Qarafa" klubuna keçəcək. Tərəflərin yaxın vaxtlarda müqavilə bağlayacaqları vurğulanıb .

Qeyd edək ki, Riko 2023-cü ilin mayında atdan yıxılıb və ciddi kəllə-beyin travması alıb. O, bu səbəbdən bir neçə həftə komada qalıb.

Seçilən
31
6
fanat.az

7Mənbələr