AZ

Serxio Riko Qətər klubuna keçir

Fransanın PSJ klubunun sabiq qapıçısı Serxio Riko karyerasına Qətərdə davam edəcək. Sport24.az xəbər verir ki, 31 yaşlı qolkiper azad agent kimi "Əl-Qarafa" klubuna keçəcək.
 
Tərəflər yaxın vaxtlarda müqavilə bağlayacaqlar.
 
Qeyd edək ki, ispaniyalı oyunçu 2023-cü ilin mayında atdan yıxılıb və ciddi kəllə-beyin travması alıb. O, bu səbəbdən bir neçə həftə komada qalıb.

Seçilən
42
6
sport24.az

7Mənbələr