AZ

Salyanda ağır qəza: ölü və yaralılar var

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, yaralılardan biri həyatını itirib.

Hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xəsarət alanlar aşağıdakılardır:

1991-ci il təvəllüdlü Nübar Alışalı qızı Əkbərova

1999-cu il təvəllüdlü Fatimə Xalıq qızı Hətəmova

1994-cü il təvəllüdlü Püstəxanım Hafiz qızı Mikayılova

1991-ci il təvəllüdlü Səbinə Zülfüqar qızı Bağırlı

1997-ci il təvəllüdlü Aynur Mirzağa qızı Məmmədova

1990-cı il təvəllüdlü Elnurə Xoşbəxt qızı Məlikova

2003-cü il təvəllüdlü Səbuhi Rüfət oğlu Zalıyev

2000-ci il təvəllüdlü Xanım Etibar qızı Səmədova

2017-ci il təvəllüdlü Mələk Azad qızı Məmmədova

2018-ci il təvəllüdlü Nuray Azad qızı Məmmədova.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
403
2
axar.az

8Mənbələr