AZ

Ağır qəza: ölü və yaralılar var

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, yaralılardan biri həyatını itirib. Hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xəsarət alanlar aşağıdakılardır:1991-ci il təvəllüdlü Nübar Alışalı qızı Əkbərova1999-cu il təvəllüdlü Fatimə Xalıq qızı Hətəmova1994-cü il təvəllüdlü Püstəxanım Hafiz qızı Mikayılova1991-ci il təvəllüdlü Səbinə Zülfüqar qızı Bağırlı1997-ci il təvəllüdlü Aynur Mirzağa qızı Məmmədova1990-cı il təvəllüdlü Elnurə Xoşbəxt qızı Məlikova2003-cü il təvəllüdlü Səbuhi Rüfət oğlu Zalıyev2000-ci il təvəllüdlü Xanım Etibar qızı Səmədova2017-ci il təvəllüdlü Mələk Azad qızı Məmmədova2018-ci il təvəllüdlü Nuray Azad qızı Məmmədova.Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Həkimlərin səylərinə baxmayaraq, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlunun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.
Seçilən
426
2
buta.ws

8Mənbələr