AZ

Roman Qriqorçuk “Neftçi” azarkeşlərinə təşəkkür edib, istefa barədə danışmaq istəməyib

Roman

İki gün öncə “Neftçi” ilə yollarını ayıran Roman Qriqorçuk paytaxt təmsilçisinin azarkeşlərinə təşəkkür edib.

Ukraynalı mütəxəssis AZƏRTAC-a açıqlamasında klubda çalışdığı insanlara minnətdarılığını bildirib.

Amma 59 yaşlı çalışdırıcı komandadan gedişi barədə hələlik danışmaq istəmədiyini söyləyib.

Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. “Ağ-qaralar” onun rəhbərliyi altında Misli Premyer Liqasında meydana çıxdığı 9 oyunun heç birində qələbə qazana bilməyib. Komanda hazırda 5 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
26
7
xalqcebhesi.az

8Mənbələr