AZ

Qriqorçuk istefa barədə danışmaq istəmədi

İki gün öncə “Neftçi” ilə yollarını ayıran Roman Qriqorçuk paytaxt təmsilçisinin azarkeşlərinə təşəkkür edib.

"Cebheinfo.az" xəbər verir ki, ukraynalı mütəxəssis AZƏRTAC-a açıqlamasında klubda çalışdığı insanlara minnətdarılığını bildirib.

Amma 59 yaşlı çalışdırıcı komandadan gedişi barədə hələlik danışmaq istəmədiyini söyləyib.

Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. “Ağ-qaralar” onun rəhbərliyi altında Misli Premyer Liqasında meydana çıxdığı 9 oyunun heç birində qələbə qazana bilməyib. Komanda hazırda 5 xalla 9-cu pillədə qərarlaşıb.

"Cebheinfo.az"

Seçilən
29
7
cebheinfo.az

8Mənbələr