AZ

Çin bu ad altında Tayvan ətrafına ORDU YERİTDİ

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan ətrafında "Birgə Qılınc 2024B" təliminə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ÇXAO-nunDöyüş Komandanlığının Şərq zonasının rəsmi nümayəndəsi, baş polkovnik Li Si bildirib.

“ÇXAO-nunŞərq Döyüş Komandanlığı Zonası "Birgə Qılınc 2024B" təlimini keçirmək üçün quru qoşunları, donanma, hava qüvvələri, raket qüvvələri və digər qoşunları təşkil edib”, - Li Si qeyd edib.

Bundan əvvəl Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Jian xəbərdarlıq etmişdi ki, üçüncü dövlətlərin Tayvana silah verməsi müharibə demək olacaq.

Seçilən
76
1
publika.az

10Mənbələr